Next.js, modern veb tətbiqlərin inkişafında önəmli rol oynayır. Platformanın güclü xüsusiyyətləri – server-side rendering (SSR), static site generation (SSG) və incremental static regeneration (ISR) – developerlərə sürətli və optimallaşdırılmış tətbiqlər yaratmağa imkan verir. Bu məqalədə Next.js-in optimizasiyası üçün əsas yanaşmaları, ən yaxşı təcrübələri və gələcəyə yönəlik tövsiyələri müzakirə edəcəyik.
Hər bir layihənin tələbləri fərqli olduğundan, doğru render strategiyasını seçmək vacibdir. Server-Side Rendering (SSR) dinamik məzmun üçün idealdır, Static Site Generation (SSG) isə dəyişməyən səhifələr üçün sürətli yüklənməni təmin edir. Incremental Static Regeneration (ISR) isə statik səhifələrin mütəmadi yenilənməsini təmin edərək həm performansı, həm də aktuallığı qoruyur. Hər yanaşmanın öz üstünlükləri var və layihənin tələblərinə uyğun olaraq seçilməlidir.
Nextjs tətbiqinizin sürətini yaxşılaşdırmaq üçün müxtəlif daxili optimallaşdırmalarla gəlir. Mövcud optimallaşdırmanın bir çox növləri var.
Next.js-in Image Component-i şəkil optimizasiyası üçün çox güclü vasitədir. Avtomatik format çevrilməsi, ölçü uyğunlaşdırması və lazy loading kimi xüsusiyyətlər sayəsində şəkillərin optimallaşdırılması saytlara əlavə dəyər qatır. Bu texnika, xüsusilə mobil istifadəçilər üçün yüklənmə sürətini və ümumi istifadəçi təcrübəsini yaxşılaşdırır.
import Image from "next/image";
const Index = () => {
return (
<>
<p>
External domains must be configured in <Code>next.config.js</Code> using
the <Code>domains</Code> property.
</p>
<Image
alt="Next.js logo"
src="<https://assets.vercel.com/image/upload/v1538361091/repositories/next-js/next-js-bg.png>"
width={1200}
height={400}
/>
</>
);
};
<aside> ⚠️
Amma burada bir nüans var. Şəkilləri Cache folderində saxladığı üçün böyük həcimli layihələrdə serverin əlavə yüklənməsinə səbəb ola bilər. Böyük layihələrdə İmage component əvəzinə img tag və istifadə etdiyiniz image servisinin cache ni istifadə edin.
</aside>
Google Fonts-dan İstifadə və Optimizasiya
Next.js-in @next/font/google modulu ilə Google Fonts-u daxili şəkildə optimallaşdıraraq yükləmək mümkündür. Bu metod fontları automatik host edir, lazım xüsusiyyətləri seçməyə imkan verir və ekstra şəbəkə sorğularını azaldır.
import { Inter } from 'next/font/google';
// Fontu konfiqurasiya edirik
const inter = Inter({ subsets: ['latin'], weight: ['400', '700'], display: 'swap' });
export default function Home() {
return (
<main className={inter.className}>
<h1>Next.js Font Optimizasiyası</h1>
<p>Bu səhifə optimallaşdırılmış font yükləməsi ilə render edilir.</p>
</main>
);
}
Custom Fontların Optimizasiyası
Google Fonts-dan istifadə etmirsinizsə və özəl fontları (custom fonts) yükləmək istəyirsinizsə, Next.js-də @next/font/local modulu ilə fontları effektiv şəkildə idarə edə bilərsiniz.